Türkiyənin Hakkari şəhərinin bələdiyyə sədri Mehmet Sıddık Akış aparılan istintaq çərçivəsində saxlanılıb.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb.
Akışın yerinə Hakkari valisi Ali Çelik təyin edilib.
Bələdiyyə sədrinin PKK/KCK terror təşkilatında yüksək vəzifə tutduğu, təşkilatın yerli komissiyalarında yer aldığı bildirilir. İstintaq çərçivəsində Akışın digər terrorçu-separatçı fəaliyyətlərinin də ifşa edildiyi vurğulanır. Barəsində Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi açılıb.
Mehmet Sıddık Akış martın 31-də keçirilən bələdiyyə seçkilərində “Xalqların Demokratik və Bərabərlik Partiyası”ndan (DEM/HDP) seçilmişdi. Türkiyə mediasına görə bu “partiya” PKK-nın siyasi qanadıdır.
Ayşən