Meksikada keçirilən prezident seçkilərində Klaudiya Şeynbaum səslərin çoxunu qazanıb. Beləliklə, ölkəyə ilk dəfə qadın rəhbərlik edəcək.
Medianews.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Nəşr bunu “patriarxal mədəniyyəti ilə tanınan ölkə üçün əlamətdar nailiyyət” adlandırır.
Prezident seçilən Klaudiya Şeynbaumun 61 yaşı var və yəhudi ailəsində böyüyüb.
2000-ci illərin əvvəllərində o, ölkənin hazırkı prezidenti Andrés Manuel Lopez Obradorun rəhbərlik etdiyi hökumət kabinetində Mexiko şəhərinin ətraf mühitin mühafizəsi üzrə katibi olub. 2018-ci ildə Şeynbaum Mexiko şəhərinin meri seçilib.
Hakim partiyanın nümayəndəsi və Mexiko şəhərinin meri Klaudiya Şeynbaum ilkin hesablamalardan sonra səslərin 57,28 faizindən çoxunu toplayıb. Şeynbaumun yaxın rəqibi Xochitl Galves ilkin məlumatlara görə 30,06% səs toplayıb. Növbəti namizəd 10,3% səslə Xorxe Alvares Maynsdir.
Ayşən