Böyük bir ağ köpəkbalığı tərəfindən az qala udulmuş avstraliyalı bir adam öz yaşadıqlarından danışıb.
Medianews.az xəbər verir ki, onun hekayəsi Indy100 saytında dərc edilib.
Yeni Cənubi Uelsdən olan Erik 2007-ci ildə demək olar ki, yırtıcı ovuna çevrilib. O, yalnız qurğuşun lövhəli jilet geyindiyi üçün sağ qala bilib. Ölümlə nəticələnə biləcək döyüş təxminən iki dəqiqə davam edib.
“Həyatımda heç vaxt bu ağ canavarın çənələrindəki qədər qorxmamışam. Bədənimin yarısı onun boğazında idi. Qaranlıq mağarada olmaq kimi idi”, – deyərək Erik xatırlayır.
Onun bədəninin yarısı köpəkbalığının ağzında qalsa da, o, təslim olmayıb. Erik iki barmağı ilə göz çuxurunu hiss edib və oraya vurub. Bundan sonra köpəkbalığı ağzını daha geniş açıb və Erik özünü azad etməyi bacarıb. Lakin yırtıcı onu dişləməkdən əl çəkməyib.
Zərərçəkən səthə qalxa bilib lakin köpəkbalığı onun ətrafında dövrə vurmağa davam edib. Erik hələ də sahilə gəlib qaçmağı bacarıb.
Böyük ağ köpəkbalığı və ya insan yeyən köpəkbalığı dünyanın ən böyük yırtıcı balıqlarından biridir. Orta hesabla 4,6-4,8 metr uzunluğa qədər böyüyürlər. Onlar insanlar üçün ən təhlükəli köpəkbalığı növü hesab olunurlar.
Medianews.az