Macarıstanın baş naziri Viktor Orban Amerika məhkəməsinin günahkar hökmündən sonra ABŞ prezidentliyinə namizəd Donald Trampın müdafiəsinə qalxıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Macarıstanlı siyasətçi H. sosial şəbəkəsindəki səhifəsində müvafiq yazı dərc edib.
O, “Mübarizə edin, cənab Prezident!” yazaraq Trampı şərəfli adam adlandırıb.
Orban əlavə edib ki, Amerika xalqı 2024-cü il ABŞ prezident seçkilərində “öz qərarını verməlidir”.
Medianews.az