Zədələrdən sonra meydanlara qayıdan “Real Madrid”in gənc ulduzu Arda Gülər üçün edilən transfer təklifləri ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, növbəti mövsümdə futbolçunu icarəyə götürmək üçün 10-a yaxın təklif gəlib.
Təkliflərin hamısı Premyer Liqa, Bundesilqa, Serie A və La Liqadandır.
Arda Gülər komandadan ayrılmaq istəmir və Karlo Ançelotti onun gələn mövsüm komandada qalacağını açıqlayıb.
“Real Madrid” rəhbərliyi futbolçunu saxlamaq istəyir. Beləliklə, bütün təkliflər qeyd-şərtsiz rədd edilir.
Qeyd edək ki, Arda 10 liqa matçında 373 dəqiqə oynayıb və 6 qol vurub.