Psixoloq Alena Gavrilova bizə alış-verişin nə vaxt şənlənməyin yaxşı bir yolu sayıla biləcəyini və bunun nə vaxt asılılığa çevrilə biləcəyini söyləyib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, psixoloqun fikrincə, əgər alış-veriş sevinc və dincəlməyin yeganə yoluna çevrilirsə, o zaman insan alış-verişə aludə olmaq riski daşıyır.
“Söhbət stresdən gedirsə, alış-veriş yaxşı təsir etməyə bilər. Alış-veriş insanın ehtiyaclarını ödəmirsə, məsələn, bir insan həqiqətən sevmədiyi bir şey alırsa, o zaman, o, insanın əhval-ruhiyyəsini pisləşdirə bilər. Alış-veriş də vaxt və ya pul çatışmazlığı olanda mənfi emosiyalara səbəb ola bilər”, o əlavə edib.
Mütəxəssis qeyd edib ki, əşyalar müəyyən funksiyanı yerinə yetirməlidir. Məsələn, bir insanın qışda isti gödəkçəsi yoxdursa, o zaman pencək həqiqətən lazımdır. Bununla belə, bəzi funksiyalar həmişə aydın olmur.
“Amma əşyanın alınmasının arxasında dəbli və müasir geyinmək ehtiyacı da ola bilər. Bu ehtiyaclar da insan üçün vacib ola bilər. Buna görə də dərk etməli və özünüzə hesabab verməlisiniz ki, niyə indi bunu edirəm, nəyə ehtiyacım var?”, Alena Gavrilova bildirib.
Psixoloq həmçinin xəbərdarlıq edib ki, alış-veriş həyatdan sevinc qazanmağın yeganə yolu olmamalıdır. Əks halda, alış-veriş təkcə psixikanı deyil, həm də həyatı məhv edən bir asılılığa çevrilmək riskini daşıyır.
Medianews.az