“Fransız qoşunlarının Ukraynada olub-olmayacağını anlamaq lazımdır, sonra onlar seçim edəcəklər”.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çində keçirilən mətbuat konfrası zamanı bildirib.
Jurnalistin Rusiya liderinə Fransa hərbçilərinin Ukraynada olmasının müharibənin başlanması demək olub-olmayacağı sualına Putin belə cavab verib: “Mən Fransanın prezidenti deyiləm, qərarlar qəbul etmirəm”.
Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Moskva Ukrayna münaqişəsində həddindən artıq irəli gedərsə Avropa Rusiyanı cilovlamağa hazır olmalıdır.
Ayşən