Tbilisi meri Kaxa Kaladze Qərbin Gürcüstanla danışığının tonunu qəbuledilməz sayıb.
Medianews.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
“Ölkələr arasında strateji tərəfdaşlıq şəraitində təhdid və şantaj təsəvvür edilə bilməz. Bu, sadəcə olaraq ağlasığmazdır. Sanksiyalar Avropa dəyərləridirmi?” – o deyib.
K.Kaladze əlavə edib ki, Gürcüstan hökuməti Qərbin sanksiyalarından qorxmur.
Bundan əvvəl ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen bəyan edib ki, “Xarici agentlər haqqında” qanunun qəbulu prosesində demokratiyanın zədələndiyi sübut olunarsa, rəsmi Vaşinqton Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
Ayşən