Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və Özbəkistan Könüllülər Assosiasiyasının rəhbəri Şirin Abidova arasında görüş keçirilib və memorandum imzalanıb.
Medianews.az xəbər verir ki, memorandumun məqsədi ölkələr arasında ikitərəfli əlaqələri gücləndirmək üçün könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişafın təmin edilməsidir.
Bundan əlavə, mübadilə proqramlarının təşkili və beynəlxalq layihələrdə könüllülərin iştirakı nəzərdə tutulur.