“Uzaqmənzilli silahlar alan Ukrayna Silahlı Qüvvələri onları dinc əhaliyə qarşı istifadə edəcək. Çünki onlar artıq döyüş meydanında vəziyyəti dəyişə bilməyəcəklər”.
Medianews.az xəbər verir ki, bu fikri Rusiya Müdafiə Nazirliyinin hərbi-siyasi işlər üzrə baş idarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov bildirib.
O hesab edir ki, Ukrayna hərbçiləri insanlara təsir etmək üçün terror aktları törətməyə çalışacaqlar.
“Ukrayna bütün sahələrdə, o cümlədən insan resursları baxımından tamamilə tükənib və dövlət kimi mövcud olmaq üçün maliyyə yardımına ehtiyacı var”, – Alaudinov deyib.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Ukrayna ordusu bir neçə aylıq davamlı döyüşlərdən sonra tükənib və Kiyevdə onları əvəz edəcək qədər adam yoxdur.
Ayşən