Praqada (Çexiya) Drobenka Kotlarova və Regina Labazhova arasında keçirilən “Red Face 3” adlı qəribə şou çərçivəsində baş tutan MMA döyüşü zamanı gülməli hadisə baş verib.
Medianews.az xəbər verir ki, cüdo çempionu olan Kotlarova ölkədə tanınmış aktrisa olan rəqibindən bədən ölçülərinə görə xeyli böyükdür. Üstünlüyündən istifadə etməyə çalışan Drobenka ilk saniyələrdən Labazovanı sanki öz kütləsi ilə “əzmək” ümidi ilə hücuma keçib, lakin buna nail ola bilməyib. Nəticədə Kotlarova yöndəmsiz şəkildə oktaqona yıxılıb.
Yardım göstəriləndən sonra Kotlarova ayağa qalxıb və döyüşə dava davam edib. Lakin bundan az sonra televiziya aktrisası daha böyük rəqibini yıxıb və qolunu buraraq döyüşü bitirib.(Publika.az)