“Hesablama Palatasının hələ bu il 166 işçisi var. Mindən çox isə struktur, təşkilat var. Bu qədər ordu qarşısında hansı heyətlə fəaliyyət göstəririk?”
“Qafqazinfo” xəbər verir ki, bunu Hesablama Palatasının sdəri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Təklif edirəm ki, qonşu ölkələri araşdırın. O ölkələrdə bizim kimi qurumların nə qədər işçisi var, nə qədər maliyyəsi var, araşdırın. Tək Gürcüstanı deyə bilərəm ki, 342 nəfər işçi işləyir. Maliyyəsini isə özünüz araşdırın. Plenar iclasda dinləməyə və müqayisə aparmağa hazıram”, – deyə Palata sədri vurğulayıb.