Rusiya millisinin qapıçısı Andrey Lunyov “Qarabağ”ın düşərgəsinə qoşulacaq.
Medianews.az xəbər verir ki, qolkiper bu gün millimizə qoşulacaq. O, bu barədə “Championat” nəşrinə açıqlamasında deyib.
Qeyd edək ki, martın 23-də Rusiya yığmasının təlim-məşq toplanışı başa çatıb. Daha əvvəl komandanın Paraqvay seçməsi ilə yoldaşlıq görüşü ölkədəki terror aktına görə ləğv edilib. Qarşılaşma bu gün gerçəkləşməli idi. Rusiya millisi martın 21-də Serbiyanı dörd cavabsız qolla üstələyib. Lunyov bu matçda meydana çıxmayıb.(Yenisabah.az)