Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Belə ki, statistik məlumata görə 2024-cü ilin yanvar-fevral aylarında 6 739 nikah və 3 456 boşanma halları qeydə alınıb. Əlbəttə ki, bu rəqəmlər cəmiyyətdə ciddi narahatlıq doğurur.
Bəs səbəb, cəmiyyətin bu məsələdə problemi nədir? Niyə bu gün ailələr bu qədər tez dağılır?
Medianews.az xəbər verir ki, “TV Musavat”ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik: