Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
Medianews.az-ın idman.biz-ə istinadla təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç (21 mart – 20 aprel)
Rahat və problemsiz, əlverişli həftə gözlənilir. Çalışın həftə ərzində istirahətinizə maksimum vaxt ayırasınız. Bazar ertəsi və çərşənbə günü ailə üzvlərinizi sevindirəcək böyük pul axını mümkündür. Səhhətinizlə bağlı narahatlıq yaranmasa da, sağlamlığınıza diqqət yetirin. Təbiətdəki dəyişiklik orqanizminizdə diskomfort yarada bilər. Həndbol, stolüstü tennis, basketbol və voleybol növlərində uğurlar gözlənilir.
Buğa (21 aprel – 20 may)
Bu həftə iş yerində gərginliyin hökm sürməsi ehtimalı yüksəkdir. İşdəki problemləriniz şəxsi həyatınıza da sirayət edə bilər. Odur ki, mənfi auranın təsirindən uzaq qalmağa çalışın. Buna nəyin səbəb olduğunu öyrənməyə cəhd göstərin. Maddi durumunuzla bağlı yaranan problemlər həftəsonu həllini tapacaq. Lakin bədxərclikdən çəkinməlisiniz. Karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.
Əkizlər (21 may – 20 iyun)
Bu həftə başladığınız hər bir iş həyatınıza çox müsbət və uzunmüddətli təsir göstərəcək. Təkcə peşəkar sahədə deyil, şəxsi həyatınızda da uğur qazanacaqsınız. Nəhayət, məqsədinizə çatacaq və layiq olduğunuz uğura nail olacaqsınız. Sizi təkcə işdə deyil, maliyyə sahəsində də xoş günlər gözləyir. Atletika, avarçəkmə, cüdo, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Xərçəng (21 iyun – 22 iyul)
Münasibətlər qurmaq üçün əlverişli həftə olacaq. Ötən günlərdən qalmış problemləri çözmək üçün münasib dövrdir. Hər bir sahədə məsuliyyətinizi artırın. Ailədaxili məsələlərdə son dərəcə həssas olmalısınız. Maliyyə məsələlərində uğurlar vəd edilir. Şahmat, sambo, karate, futbol, gimnast, karate və güləşçilər xoş müjdələr alacaq.
Şir (23 iyul – 22 avqust)
Çox sakit bir həftə gözlənilir. İş yerində yeni perespektivlər vəd edilir. Yüksəlişinizə heç bir maneə olmayacaq. Əgər belə bir “qüvvə” ilə üzləşərsinizsə, onu asanlıqla dəf edəcəksiniz. Maliyyə vəziyyətinizin yaxşılaşacağı gözlənilir. Maddi baxımdan böyük sıçrayış baş verməsə də, maaş artımı və ya pul mükafatı mümkündür. Sambo, tennis, basketbol, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.
Qız (23 avqust – 22 sentyabr)
Gərgin bir həftə olacaq. Həftənin sonunda işlərə bir qədər ara verin, istirahətinizə vaxt ayırın. Çərşənbə günü səfər üçün əlverişli vaxtdır. Dəvət aldığınız yerə getməyiniz xeyrinizə olar. Maddi durumunuzda dəyişiklik gözlənilmir. Cümə günü yeni tanışlıqlar vəd edilir. Futbol, karate, cüdo və güləş ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Tərəzi (24 sentyabr – 23 oktyabr)
Həftə xüsusilə iş sferasında son dərəcə əlverişli olacaq. İşlərinizə planlı şəkildə başlayacağınız təqdirdə uğurlu nəticələr əldə edəcəksiniz. Ani diqqətsizliyiniz uğursuzluğa səbəb ola bilər. Çərşənbə axşamı xoş müjdələr alacaqsınız. Yeni tanış olacağınız şəxs ürəyinizcə olacaq. Həftəsonu yaxınlarınızla birlikdə olmaq məsləhət görülür. Futzal, basketbol, güləş, karate və üzgüçülük idman növlərində uğur qazanmaq şansı böyükdür.
Əqrəb (23 oktyabr – 21 noyabr)
Bu həftə işgüzar görüşlər və səfərlər gözlənilir. Özünüzəməxsus tərzləriniz ətrafdakıları heyran edəcək, enerjiniz yüksələcək. Həftə ərzində dinamik olmağa çalışın. Çox məhsuldar dövr olacaq. Gəlirinizi artırmaq fürsəti yaranacaq, çansınızı əldən verməyin. Şəxsi həyatınızda yaxşıya doğru dəyişikliklər olacaq. Cüdo, güləş, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Oxatan (22 noyabr – 21 dekabr)
Arzularınızı gerçəkləşdirməyə başlamaq üçün mükəmməl vaxtdır. Həftəyə plan üzrə görəcəyiniz işlərin siyahısını tərtib etməklə başlayın. Hər addımda yarana biləcək kiçik təhlükələrə müqavimət göstərməkdə çətinlik çəkəcəksiniz. Lakin bu, sizi ruhdan salmamlıdır. Səbirli olun, təmkinlə hərəkət edin. Alacağınız yeni təkliflərdən imtina etməyin. Boks, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Oğlaq (22 dekabr – 19 yanvar)
Həftənin əvvəli bir çox işlərin həllinə cəhd edəcəksiniz. Maliyyə məsələlərində diqqətli olun. Vacib qərarlar qəbul edərək və hər hansı bir addım atmazdan əvvəl daha təcrübəli biri ilə məsləhətləşin. Həftənin sonunda bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Dostların köməyinə ehtiyacınız olacaq, onlara güvənin. Güləş, velosiped, qaçış, qılıncoynatma, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər əldə edəcəksiniz.
Dolça (20 yanvar – 18 fevral)
Həftəboyu yaxşı əhval-ruhiyyədə olacaqsınız. İşlərinizin qaydasında getməsi bunu şərtləndirəcək. Tələskənliyə yol verməyiniz, hər şeyi dəyişə bilər. Sevincli günlər vəd edilir. Həm işdə, həm də şəxsi həyatınızda uğura arxalana bilərsiniz. Əvvəlcə sizə problem kimi görünənlər qısa zaman kəsiyində öz həllini tapacaq. Həndbol, güləş, voleybol, basketbol və futzal idman növlərində uğurlar vəd olunur.
Balıqlar (19 fevral – 20 mart)
Bu həftə daha aktiv və iddialı olmağa çalışın. Bu, şəxsi həyatınızda mütləq sizə fayda verəcək. Uzun müddətdən bəri təxirə saldığınız işləri nəhayət başa çatdırmaq üçün əla fürsətiniz olacaq. Odur ki, şansınızı qaçırmayın. Həftənin sonunda köhnə tanışlarınızla qarşılaşacaqsınız. Onların köməyindən faydalanacaqsınız. Futbol, karate, qaçış, atsürmə, üzgüçülük və güləş növlərində uğurlar gözləniləndir.