Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində – Bakı Oksford Məktəbi ilə üzbəüz ərazi hasara alınıb.
Medianews.az xəbər verir ki, hasara alınmış əraziyə düşən ağaclar fəhlələr tərəfindən hissə-hissə kəsilir. Böyük ehtimalla ağaclar tam kəsildikdən sonra ərazidə hansısa obyekt tikiləcək.
Bununla bağlı yayılan videodan görünür ki, bir fəhlə əlindəki mişarla ağacın budaqlarını kəsir, digər fəhlə isə kəsilmiş budaqları ərazidən kənarlaşdırır.
Onlar bu əməllərinin videoya çəkildiyini hiss edəndə isə guya qurumuş kiçik budaqları kəsirmiş kimi davranır, bir müddət ara verdikdən sonra təkrar ağacı kəsməyə başlayırlar.
Daha ətraflı videoda: