Teleaparıcı Xoşqədəm Hidayətqızı “Səni Axtarıram” proqramına gələn şikayətçilər arasından birinə ev verəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Aparıcı izləyicilərindən evin kimə verilməsini istədiklərini soruşub.
Proqramda ekspert qismində əyləşənlər evin Gülxanıma verilməsinə etiraz ediblər:
“Gülxanıma ev düşmür. Onun kimi o qədər qadınlarımız var ki… Onda hamısı gəlib desin ki, bizə ev verin. Gülxanım həyat yoldaşı ilə barışarsa, uşaqlarını başına yığarsa, bu halda onlara ev verilə bilər”.