Sosial şəbəkələrdə buraxılış imtahanından 100 bal toplamayan abituriyentlərin blok imtahanına buraxılmaması haqqında fikirlər yayılıb.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, iddialar həqiqəti əks etdirmir:
“Buraxılış imtahanından 1 bal da toplasanız, blok imtahanına buraxılacaqsınız. Sadəcə buraxılış imtahanından 50-60 bal (minimum keçid balı) toplamayan abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilmirlər”.