Qərb ölkələri Ermənistanın “qılığına “girir” və respublika ilə Rusiyaya qarşı dost olmaq istəyirlər.
Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalının efirində deyib.
“İndi Ermənistanın fəal şəkildə qılığına girən Qərb ölkələri onunla Rusiya Federasiyasına qarşı dost olmaq istəyirlər” – o vurğulayıb.
S.Lavrovun sözlərinə görə, Rusiya Federasiyasının Ermənistanın xarici tərəfdaşlarına qarşı qərəzi yoxdur, İrəvan öz kursunu müstəqil şəkildə müəyyənləşdirməlidir.