Türkiyəli sənətçi, mahnıları ilə qəlblərə yol tapan tapan Ferhat Göçer 22 sentyabrda Bakıda konsert proqramı ilə çıxış edib.
Anadolu Events – in təşkilatşılığı, ilə baş tutan gecəyə Heydər Əliyev Sarayı ev sahibliyi edib.
2 saat davam edən musiqili proqramda, o, bir-birindən çox sevilən mahnılarını ifa edərək sevənlərinə xoş anlar yaşadıb. “Yıllarım Gitdi”, “Kalb kalbe karşı”, “Ayrılsak ölürüz biz” və digər hitləri böyük alqışla qarşılanıb.
Çıxışdan əvvəl jurnalistlərin suallarını cavablandıran ifaçı son zamanlarda Qarabağda baş verən hadisələrəndən təsirləndiyini bildirib və şəhid ailələrinə başsağlığı verib. Türkiyə və türk xalqı olaraq daim Azərbaycanın yanında olduğunu, qələbənin hər zaman Azərbaycana məxsusluğunu dilə gətirib.
Konsert sırasında da yüksək hiss-həyəcanla Qarabağın hər bir qarışının Azərbaycanın əvəzolunmaz torpağı olmasını və heç bir qüvvənin onu ala bilməyəcəyini vurğulayan Göçer “Qarabağ Azərbaycandır, Can Qarabağ” deyərək ifasına davam edib
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.