ABŞ-ın texnologiya şirkəti Apple tərəfindən 2007-ci ildə buraxılan birinci nəsil iPhone hərracda satışa çıxarılıb.
Medianews.az smartfon modeli dünən hərracda rekord qiymətə satılıb.
Jelatini hələ açılmayan 4GB modeli üçün keçirilən hərracda smartfonun 190 min dollara alıcı tapdığı bildirilib. O zaman 599 dollara satışa çıxarılan telefon beləliklə tövsiyə olunan pərakəndə satış qiymətindən 300 dəfə çox satılıb.
Stiv Cobsun “telefonu yenidən kəşf etmək” vədi ilə təqdim etdiyi telefonu hərraca çıxaran LCG Auctions adlı şirkət bildirib ki, bu məhsul kolleksiyaçılar üçün idealdır.
Xatırladaq ki, 10 min dollardan başlayan hərraca 28 təklifin gəldiyi bildirilib. Fevral ayında birinci nəsil iPhone 63 min dollara alınıb.
Medianews.az