ABŞ -ın tanınmış aktyoru Treat Williams vəfat edib.
Medianews.az xəbər verir ki, bu barədə aktyorun yaxınları məlumat verib.
Məlum olub ki, motosikleti idarə edən Williams avtomobillə toqquşub.
Williamsın qəzadan sonra təcili yardım helikopteri ilə Nyu Yorka aparıldığı, orada edilən müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyi bildirilib.
Williamsın meneceri: “O, çox yaxşı insan və çox istedadlı idi. O, aktyorların aktyoru idi. Kinorejissorlar onu çox bəyənirdilər və o, 1970-ci illərin sonlarından bəri Hollivudun ürəyindədir”,- deyə o bildirib.
Medianews.az