Torpaq sürüşməsi nəticəsində evlər təhlükəli vəziyyətə düşüb.
Medianews.az xəbər verir ki, hadisə Denizlinin Merkezefendi mahalında baş verib.
Məlumata görə, Mehmet Akif Ersoy məhəlləsi, 265 küçəsində 4 evin olduğu ərazidə leysan zamanı torpaq sürüşməsi baş verib.
Yamacdan qopan qaya parçaları 2 evin bağçasına və eyvanına düşərək mənzillərə ziyan vurub. Sakinlər sürüşmənin davam etdiyini bildirib və tədbir görülməsini tələb ediblər.
Qorxulu anlar yaşayan məhəllə sakinləri evləri təhlükəli vəziyyətə düşdüyündən içəri daxil ola bilmədiklərini deyiblər.
Medianews.az