Kahramanmaraşda 4,2 bal gücündə zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, AFAD-ın məlumatına görə, Kahramanmaraşın Andırın rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
Saat 06:43-də baş verən zəlzələnin dərinliyi 6,99 kilometr olub.
Bölgədə qısamüddətli çaxnaşma yaşanıb.
Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
Medianews.az