Türkiyənin Amasiya bölgəsində itkin düşənlərin axtarışları davam edir.
Medianews.az xəbər verir ki, həyat yoldaşı və dostu ilə gəzintiyə çıxdıqları avtomobildə sel sularına düşən Zilal Şahinin cansız cəsədi tapılıb.
Məlumata görə, ötən həftə bazar günü Amasyanın Kızıl Kışlacık kəndi yaxınlığında gəzintiyə çıxan Serkan-Zilal Şahin cütlüyünün və dostları Murat Ekşinin də içində olduğu avtomobil su altında qalıb.
Serkan Şahin öz gücü hesabına qurtulsa da, dostu Murat Ekşin həyatını itirib.
Zilal Şahin üçün axtarışlar AFAD, Sualtı Axtarış-Xilasetmə, İl Jandarma Komandanlığı, DSİ və İl Xüsusi İdarəsi qrupları, inşaat texnikası ilə gecə yarısına qədər davam etdirilib. Onun cəsədi ərazidən 150 metr uzaqda aşkarlanıb.
Medianews.az