Tanınmış iş adamı Con Rumpelin qızı və nəvəsi ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında qəzaya uğrayan şəxsi təyyarədə həlak olub.
Medianews.az xəbər verir ki, New York Timesin məlumatına görə, təyyarənin qəzaya uğraması ilə bağlı ətraflı məlumat hələlik verilməsə də, qəzanın təzyiqin düşməsi nəticəsində baş verə biləcəyi bildirilir.
Qeyd edək ki, dünən ABŞ-ın paytaxtı Vaşinqtonda eşidilən nəhəng partlayış səsi ölkədə böyük əks-səda yaradıb.
Federal Aviasiya Administrasiyasından verilən açıqlamada, havaya qalxan təyyarənin paytaxt üzərində uçuşa qadağan zonasına daxil olduğu, daha sonra ölkənin cənub-qərb bölgəsində dağlıq əraziyə çırpıldığı bildirilib.
Təyyarənin qəzaya uğradığını elan etdikdən bir neçə saat sonra yerli polis xilasetmə qrupunun təyyarənin qalıqlarına çatdığını və qəzada sağ qalanların olmadığını açıqlayıb.
Medianews.az