13 yaşlı yeniyetmə marketdə cinsi istismara məruz qalıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ bölgəsində yaşanıb.
Məlumata görə, Çerkezköy Fatih Məhəlləsində 13 yaşlı qız alış-veriş üçün girdiyi marketdə təcavüzə məruz qalıb. İddia edilir ki, zorakılıq edən şəxs qızı izləyərək girdiyi binanın liftində də ona sataşıb. Qız evə gedib başına gələnləri danışdıqdan sonra ailəsi vəziyyəti polisə xəbər verib. Hərəkətə keçən Çerkezköy İlçe Təhlükəsizlik Müdirliyi A.D. adlı şəxsin tutulması üçün əməliyyata başlayıb.
Məlum olub ki, A.D. adlı şəxs daha əvvəl də marketdə qadına təcavüz etdiyi üçün həbs edilib, bir müddət əvvəl isə azadlığa buraxılıb.