ABŞ-ın Nevada ştatında maraqlı hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, polis girdiyi avtomobildən düşə bilməyən ayını qapının dəstəyinə paltar ipi bağlayaraq xilas edib.
Məlumata görə, ABŞ-ın Nevada ştatında meşəlik ərazidə ayı avtomobilə daxil olub. Vəziyyəti görən yerli sakin polisə xəbər verib.
Əraziyə gələn polis ayının hücum edə bilmə riskini nəzərə alaraq, paltar ipindən istifadə edib O, kəndiri avtomobilin qapısının dəstəyinə bağlayaraq oradan uzaqlaşıb. Polis kəndiri çəkib qapını açanda maşındakı ayı enərək ərazini tərk edib. Ayının avtomobilin içərisinə böyük ziyan vurduğu bildirilib.
Qeyd edək ki, belə halların yaşanmaması üçün insanlara meşəlik ərazilərdə nəqliyyat vasitələrində yemək buraxmamaq barədə xəbərdarlıq edilib.
Medianews.az