ABŞ-da yaşayan 93 yaşlı Joy adlı qadın nəvələri ilə birlikdə ölkədəki 63 milli parkın hamısını bir-bir gəzərək yeni bir çığır açıb.
Medianews.az xəbər verir ki, 93 yaşlı qadının yeni məqsədi dünyanı səyahət etməkdir.
İllərdir Ohayo ştatında kiçik bir bazarda minimum maaşla işləyən, nə dənizi, nə də dağları görən Joy nənə bunu 8 ildə reallaşdırıb. Beləliklə o, yaşamağın və səyahət etməyin yaşı olmadığını sübut edib.
85 yaşında yaşadığı ərazini tərk edərək ölkə turuna başlayan Joy “grandmajoysroadtrip” adlı İnstaqram hesabında gəzintilərinin fotolarını da paylaşır.
İnstaqram hesabında 72.000-dən çox izləyicisi olan 93 yaşlı Joy Nin ABŞ-dakı 63 Milli Parkın hamısını ziyarət edən ən yaşlı insan kimi tarixə düşüb. Hazırkı dayanacağını “Keniya” kimi təqdim edən Joy nənə Keniyadan başlayaraq dünyanı gəzmək planını da açıqlayıb. Səfəri zamanı təbiətə aşiq olduğunu dilə gətirən Joy milli parka son səfərini bazar ertəsi günü tamamlayıb və bununla da ABŞ-da gündəm olub.
Qeyd edək ki, Joy Nin İllərdir Ohayo ştatında kiçik bir ərzaq mağazasında minimum maaşla işləyib. 3 oğlundan 2-ni gənc yaşda itirən Joy səyahət həvəsinə düşənə qədər sadə bir həyat yaşayıb.
Bütün səyahət planlarını 20 il əvvəl dünyasını dəyişən əri ilə sağ ikən qurduğunu söyləyən 93 yaşlı qadın “Biz gölə gedirdik, amma həyatımda dağ görməmişdim”. – deyə etiraf edib.
Medianews.az