Medianews.az xəbər verir ki, bu sözləri Türkiyənin indiki Prezidenti Ərdoğan gündəmlə bağlı açıqlama verərkən bildirib.
Belə ki, Mayın 28-də keçiriləcək 2-ci prezident seçkiləri ilə bağlı danışan Türkiyə Prezidenti qeyd edib ki, gördüyünüz kimi, bütün bu sorğular iflasa uğradı. Saxta anket bazarı qurdular:
“Əsas sorğunu mayın 14-də mənim xalqım etdi. İndi, millətim mayın 28-də yenə son anketi edəcək. Millətimin edəcəyi bu anketlə müzakirə olunmayacaq bir nəticə ortaya çıxacaq. İnşallah 28 May çox fərqli olacaq. Düşünürəm ki, 29 Mayda çox fərqli oyanacağıq. Çox səs toplayacağımıza inanıram. İnanıram ki, millətimiz birinci turda olduğu kimi yenə də seçkiyə qatılacaq.
Biz hökumət sistemini dəyişdirərkən Prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsini təmin etdik. Burada iki söz çox vacibdir; sabitlik və inam. İcra və qanunvericilik orqanlarının koordinasiyası da çox vacibdir. Əgər sabit idarə olarsa, o ölkədə əmin-amanlıq və firavanlıq olar. Biz bunu son 5 ildə göstərmişik. Xalq Alyansının parlamentdəki möhkəm mövqeyi də bizi güclü edir”.
Prezident vurğuladı ki, təəssüf ki, qarşı tərəf seçki gecəsi də milləti aldatmaq cəhdlərindən əl çəkmədilər:
“Mən bunları yalançılıq vərdişi qazanmış bir quruluş hesab edirəm. İrəlidə olduğumuzu bilsələr də, Kılıçdaroğlu və şirkəti “biz irəlidəyik” bəyanatını verdi. Bunlar öz vicdansızlıqlarını və bacarıqsızlıqlarını gizlətmək cəhdləridir. Ümid edirəm ki, millətimiz mayın 28-də bunlara lazımi cavabı verəcək, inanıram. Biz qalib gələndə bu ölkədə heç kim uduzmayacaq”.
Medianews.az