Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Rizin Döyüş Federasiyasının nümayəndə heyəti ilə görüşüb.
Medianews.az Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, görüşdə son illərdə Azərbaycanda MMA-ya marağın artdığı qeyd olunub və bu növün inkişafı istiqamətində görülən işlər müzakirə edilib.
Rizin Döyüş Federasiyasının qurucusu Sakakibara Nobuyukini səmimi görüşə görə nazirə minnətdarlıq edib. Azərbaycan idmançılarının döyüş idman növləri üzrə beynəlxalq yarışlarda çıxışları barədə fikir mübadiləsi aparılıb.