Türkiyənin Ordu şəhərində avtomobil tərəfindən vurulan motosikletçi metrələrcə sürüklənib.
Medianews.az xəbər verir ki, qəzada yaralanan motosiklet sürücüsünün görüntüləri təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Əldə edilən məlumata görə, M.D. İdarə etdiyi motosiklet ilə dönmək istəyərkən, eyni zolaqda hərəkət edən B.Ç.-nin idarə etdiyi avtomobillə toqquşub. Toqquşmanın təsirindən motosikletçi bir neçə metr havaya uçaraq yola düşüb.
Ətrafdakıların xəbərindən sonra qısa müddət ərzində hadisə yerinə sağlamlıq qrupları sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra motosiklet sürücüsü Ünye Dövlət Xəstəxanasına aparılaraq müalicə altına alınıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az