Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlıdır. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir.
Məlumat üçün qeyd edək ki, hazırda Milli Məclisdə təmsil olunan 125 deputatın 21-i 70 yaş və üzərindədir.
Parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadədir (83 yaş). Onu Eldar İbrahimov (79 yaş) və Mixail Zabelin (78 yaş) izləyir.
“70-i ötmüşlər” siyahısındakı digər deputatların adlarını təqdim edirik:
– Fəzail Ağamalı (77 yaş);
– Sabir Rüstəmxanlı (77 yaş);
– Vahid Əhmədov (77 yaş);
– Əhliman Əmiraslanov (76 yaş);
– İsa Həbibbəyli (75 yaş);
– Tahir Rzayev (74 yaş);
– Aqiyə Naxçıvanlı (74 yaş);
– Fəzail İbrahimli (73 yaş);
– Elman Məmmədov (73 yaş);
– Rasim Musabəyov (73 yaş);
– Bəxtiyar Sadıqov (73 yaş);
– Eldar Quliyev (72 yaş);
– Anatoliy Rafailov (71 yaş);
– Əli Məsimli (71 yaş);
– Aqil Abbas (71 yaş);
– Cavanşir Paşazadə (71 yaş);
– Sabir Hacıyev (70 yaş);
– Asim Mollazadə (70 yaş).
Eyni zamanda hazırda deputat olan və seçiləcəyi təqdirdə bundan sonrakı seçkidə yaşı 70-i ötəcək Milli Məclis üzvlərinin sayı da az deyil.
Belə ki, hazırda parlamentdə pensiya yaşını keçən, yəni 65-69 yaş aralığında olan daha 14 deputat var – Oqtay Əsədov (69 yaş), Rauf Əliyev (68 yaş), Rafael Hüseynov (68 yaş), Anar İsgəndərov (68 yaş), Hicran Hüseynova (68 yaş), Tahir Kərimli (68 yaş), Səttar Möhbalıyev (68 yaş), Sədaqət Vəliyeva (67 yaş), Məlahət İbrahimqızı (66 yaş), Aydın Mirzəzadə (66 yaş), Musa Qasımlı (66 yaş), Ağalar Vəliyev (66 yaş), Tamam Cəfərova (65 yaş).