İzmirdə 5 nəfərin həyatını itirdiyi, 2 nəfərin isə ağır yaralandığı silahlı bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Medianews.az hadisə dünən axşam saatlarında İzmirin Menderes rayonunda bir kafedə baş verib. İddiaya görə, iki düşmən qrup danışmaq üçün görüşüblər, lakin daha sonra görüşdə mübahisə başlayıb.
Baş verən atışmada 2-si hadisə yerində olmaqla 5 nəfər həyatını itirib. Yaralıların xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.
Ölənlərin kimliyi də məlum olub. Polis Timuçin Altınel, Süreyya Bayrak, Barış Coşqun, Rıdvan Bağcalı və Ozancan Doğanın həyatını itirdiyi dava ilə bağlı araşdırmalara başlayıb.
Aytac Şahin
Medianews.az