Rusiyada 13 yaşlı Vasilisa Fjazova adı açıqlanmayan 16 və 15 yaşlı iki dostu ilə meşədə piknikdə olarkən vəhşicəsinə qətlə yetirilib.
Medinews.az xəbər verir ki, dəhşətli qətl anlarının sosial şəbəkədə canlı yayımlandığı bildirilir.
13 yaşlı Vasilisa Fjazova sosial şəbəkədə canlı yayımda dostları tərəfindən çəkiclə döyülərək öldürülüb.
13 yaşlı qızın cansız bədəninin meşədə basdırıldığı məlum olub. Hadisə yerində araşdırmalarını artıran polis, sosial şəbəkədə şəxsiyyətlərini müəyyən etdikləri 16 və 15 yaşlı iki oğlanı həbs edib.
16 yaşlı oğlan qəli törətdiyini etiraf edib. Digər 15 yaşlı yeniyetmə isə cəsədi basdırmağa kömək etdiyini etiraf edib. Məlumata görə, iki şübhəli 13 yaşlı qızın telefonundan anasına özünə yeni həyat qurmaq üçün evdən getdiyini bildirən mesaj göndəriblər.
Medinews.az