Özbəkistanın yeni xarici işlər naziri təyin edilib.
Ölkə Prezidenti Şavkat Mirziyoyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, sözügedən vəzifəyə Baxtiyor Saidov təyin olunub.
Qeyd edək ki, B.Saidov 2022-ci ilin dekabrından XİN rəhbərinin vəzifələrini müvəqqəti olaraq icra edib.(Qafqazinfo.az)