“Qarabağla bağlı üçtərəfli razılaşmalar vəziyyətin həlli üçün əsasdır”.
Medianews.az Tass-a istinadla bildirir ki, bu sözləri Rusiyanın mətbuat katibi Dmitri Peskov deyib.
Peskov sözlərinə görə hazırda Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ üzrə üçtərəfli sazişi münaqişənin həlli üçün yeganə real əsasdır, onun həyata keçirilməsinə ehtiyac var:
“Biz bütün müddəaların icrası istiqamətində irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik”
Peskov vurğulayıb ki, Rusiya tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləyişə töhfə verəcək istənilən addımı alqışlamağa hazırdır.
Bundan əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyan edib ki, Qarabağda yaşayan ermənilər vətəndaşlıqlarını dəyişməlidirlər .
İlham Əliyev vurğulayıb ki, , Qarabağ məsələsi “Azərbaycanın daxili işidir” ki, Bakı bunu heç kimlə müzakirə etmək fikrində deyil.
Medianews.az