İstanbulda saxta polis forması geyinmiş 4 soyğunçu livanlı iş adamı Golshan N.-nin tapança ilə hədələyərək 30 min dollarını oğurlayıblar.
Medianews.az xəbər verir ki, kişini döyən saxta polislər onun əllərinə plastik qandal taxaraq qaçırıblar.
Saxta polislər kişini qaçırdıqdan sonra onun həyat yoldaşından da pul istəyiblər. Polisə xəbər verən qadın soyğunçuların yaxalanmasına kömək edib.
Sözügedən əməliyyatın görüntüləri sosial mediada da paylaşılıb.
Medianews.az