Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, dünyada quş qripindən (H3N8) ilk insan ölümü baş verib.
Medianews.az xəbər verir ki, xəstəliyin ilk qurbanı Çində yaşayan 56 yaşlı qadın olub.
ÜST-dən verilən yazılı açıqlamaya görə, Çin Milli Səhiyyə Komissiyası martın 27-də bir nəfərdə A (H3N8) virusunun aşkar edildiyi barədə məlumat paylaşıb.
Bu virusun insandan insana asanlıqla yayılmadığı və buna görə də insanlar arasında milli, regional və beynəlxalq yayılma riskinin az olduğu düşünülür. ÜST qrip viruslarının öz təbiətinə görə daim təkamüldə olduğunu bildirib. Daha sonra İnsan və ya heyvan sağlamlığına təsir göstərə biləcək gücdə olan qrip virusları ilə bağlı virusoloji, epidemioloji və klinik dəyişiklikləri aşkar etmək üçün qlobal müşahidənin vacibliyini vurğulayır.
Medianews.az