İstanbul bir məhəllədə pişiklərin vaxtaşırı yoxa çıxması diqqət çəkib.
Medianews.az xəbər verir ki, təhlükəsizlik kamerası görüntüləri ilə həqiqət üzə çıxıb.
Əlində qara çanta ilə pişikləri toplayıb maşını ilə aparan cani izləyənləri şoka salıb. Yaşayış kompleksində bəslənən pişiklərdən 5-i 4 ay ərzində yoxa çıxıb. Qonşulardan şübhələnən heyvansevərlər bina sakini təhlükəsizlik kameralarına baxanda həqiqət üzə çıxıb. Görüntülərdə onların qonşusu Engin M.-nin pişikləri avtomobilinin baqajına yerləşdirərək apardığı görülüb.
Bina sakinləri Engin M haqqında polisə şikayət ediblər. Həmin şəxsə qarşı cinayət işi qaldırılıb.
Medianews.az