Kolumbiyada Nevado del Ruiz vulkanında yaşanan vulkanik fəaliyyətlə əlaqədar prezident Qustavo Petronun əmri ilə 2500 ailə təxliyə ediləcək.
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı Twitter hesabında paylaşım edən Petro həyəcan siqnalının davam etdiyini və 2 min 500 ailənin sürətlə təxliyəsi üçün lazımi təlimatları verdiyini bildirib.
Belə ki, vulkanın günlər və ya həftələr ərzində püskürməsi ehtimalı var.
Qeyd edək ki, Nevado del Ruiz vulkanında 13 noyabr 1985-ci ildə püskürmə nəticəsində meydana gələn seldə 25 min insan həyatını itirmişdi.
Medianews.az