Vaşinqton ştatının Linvud şəhərindəki ticarət mərkəzində “Apple Store” mağazasının tualetini və ona bitişik kafenin divarlarını deşən oğrular mağazaya daxil olaraq 400-dən çox “iPhone” oğurlayıblar.
Medianews.az xəbər verir ki, Lynnwood polis şöbəsindən verilən məlumata görə oğurluq axşam saat 7 ilə 8 arasında baş verib.
Belə ki, ertəsi səhər işə gələn mağaza işçiləri gördüklərindən şoka düşüblər.
Polisin məlumatına görə, 436-ya yaxın “iPhone” və qeyri-müəyyən miqdarda digər Apple cihazları oğurlanıb.
Faktla bağlı araşdırma davam edir.
Medianews.az