4 müəllim məktəbdən yaşadıqları evə qayıdarkən faciəvi şəkildə həlak olub.
Medianews.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Onları daşıyan avtomobilin üstünə qaya düşüb. Nəticədə Pınar Kılıç, Dilek Altıparmak, Ümmühan Dilbilir və Rahime Topak həyatını itirib.
Hadisə yerinə gələn polislər faktla bağlı araşdırmalara başlayıb.
Yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Aytac Şahin
Medianews.az