Salyanda ağır yol qəzası baş verib.
Medianews.az xəbər verir ki, sözügedən qəza “Salyan postu”na yaxın ərazidə baş verib.
Məlumata görə, hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin xəbər görə, 42-BM-084 nömrə nişanlı “KamAZ” markalı yük maşını 99-TN-320 nömrə nişanlı “Hyundai Accent” ilə toqquşub. Qəza zamanı 3 nəfərin öldüyü, 3 nəfərin isə yaralı olduğu bildirilir.
Hazırda Salyan rayon xəstəxanasının əməkdaşları hadisə yerindədir. Yaralılardan birinin uşaq olduğu deyilir. Yaralıların vəziyyətinin ağır olduğu qiymətləndirilib.
Medianews.az