Türkiyənin Ərzincan bölgəsində yoxlanış zamanı saxlanılan sərnişin avtobusunda 2 iranlı qadının mədəsindən ümumilikdə 95 ədəd 693,3 qram tiryək saqqızı aşkar edilib.
Medianews.az xəbər verir ki, Bölgə Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi və KOM Şöbə qrupları tərəfindən Martın 28-də avtomobillərdə yoxlanış keçirilib. Bu zaman İran dövlət nömrə nişanlı sərnişin avtobusunda Samirə T., Xədicə S. və Raheleh Y. adlı qadınlar və Allahnaaz S. adlı şübhəli şəxs olub. Adıçəkilənlər polis tərəfindən nəzarətə götürülüb.
Prokurorluğun qərarı ilə aparıldıqları xəstəxanada keçirilən tomoqrafiyada Xədicənin mədə və bağırsaqlarında 31 ədəd təxmini çəkisi 252,52 qram, Samirə T.-nin isə 64 ədəd 440,78 qram olmaqla cəmi 95 ədəd 693,3 qram tiryək saqqızı götürülüb. Nəzarətə alınan şübhəlilər polis bölməsində dindirildikdən sonra ‘narkotik ticarəti’ cinayəti ilə ədliyyəyə sövq edilib. Allahnaz S. məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılarkən; Xədicə S., Samirə T. və Raheleh Y. həbs edilib.
Aytac Şahin
Medianews.az