ABŞ-da qeyri-kommersiya mərkəzi olan Süni İntellekt və Rəqəmsal Siyasət Mərkəzi (CAIDP) Federal Ticarət Komissiyasına (FTC) diqqətəlayiq müraciət edib.
CAIDP tərəfindən süni intellekt inkişaf etdirmə şirkəti OpenAI-nin GPT-4-ün yeni versiyası olan süni intellekt robotu ChatGPT-nin fəaliyyətinin dayandırılması tələb olunub.
ABŞ mediasının məlumatına görə, CAIDP FTC-yə şikayət edərək, OpenAI-ni FTC-nin ədalətsiz və aldadıcı biznes təcrübələri qanununu və süni intellekt məhsulları üçün təlimatları pozmaqda ittiham edib.
İddia edilir ki, GPT-4 məxfilik və ictimai təhlükəsizlik üçün böyük riskdir.
CAIDP, şirkətin GPT məhsullarının bazara çıxarılmadan əvvəl müstəqil olaraq qiymətləndirilməsini istədiklərini bildirib və şirkətin süni intellekt məhsulları üçün ictimaiyyətə hesabat sistemi tətbiq etməsi lazım olduğunu müdafiə edib.
“Future of Life Institute” institutu tərəfindən süni intellektin cəmiyyət üçün yaratdığı risklər barədə açıq məktub dərc olunub.
CAIDP prezidenti Mark Rottenberqin imzaladığı məktubda Twitter sahibi Elon Musk və Apple qurucusu Steve Wozniak kimi bir çox adın da iştirak etdiyi bildirilir.
Məktubda GPT-4-dən daha güclü süni intellekt texnologiyalarının inkişafının ən azı 6 ay müddətinə dayandırılması tələb olunur. (AA)
Aytac Şahin
Medianews.az