Türkiyədə dəhşətli yol qəzası görənləri şoka salıb.
Medianews.az xəbər verir ki, sözügedən qəza Türkiyənin Van vilayətində Van-Erciş magistral yolunda baş verib.
Qəzada elektrik dirəyinə çırpılan avtomobil dik vəziyyətdə dayanıb. Maşının dik durması görənləri çaş-baş salıb. Sürücünün yüngül yaralandığı qəza ilə bağlı araşdırma başlanıldığı öyrənilib.
Medianews.az