İspaniyanın “Sevilya” klubunun futbolçusu, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olmuş Qonsalo Montiel qrup şəklində təcavüzdə ittiham olunur.
Medianews.az xəbər verir ki, bu barədə “Marca” qəzeti zərərçəkmişin vəkilinə istinadən məlumat yayıb .
Belə ki, hadisənin 2019-cu il yanvarın 1-də Montielin ad günü şənliyi zamanı baş verdiyi bildirilir.
İddia edilən təcavüzün qurbanı futbolçunun uzun müddət görüşmədiyi model olub.
Qızın dediyinə görə, idmançı əvvəlcə onu ailəsi ilə görüşə dəvət edib, sonra isə məclisə getməsini təkid edib.
Vəkilin sözlərinə görə, model adətən spirtli içki qəbul etmir, lakin həmin vaxt “iki porsiyanı daddıqdan sonra huşunu itirib”.
Təcavüzdə bir neçə insanın iştirak etdiyi bildirilir.
Medianews.az