Avstraliyanın Cairns şəhərinin Smitfild səmtindəki uşaq meydançasında baş verən hadisə sosial medianın gündəminə çevrilib.
Medianews.az xəbər verir ki, 13 yaşlı qızın başqa bir 7 yaşlı qızı döyməsinin görüntüləri hadisə şahidinin mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb.
Hadisə yerində olan insanların vəziyyətə müdaxilə etməməsi də diqqət çəkib. Görüntülər sosial mediada gündəm yaradıb.