Türkiyənin Dənizli vilayətində mübahisə etdiyi həyat yoldaşı Barış Səlahəddin Eneri kürəyindən bıçaqlayaraq öldürən Emel Enerin törətdiyi qətli etiraf edib.
Medianews.az xəbər verir ki, qadın hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Qeyd olunur ki, hadisə martın 27-də gecə saat 02:00 radələrində baş verib. Hadisədə Barış Səlahəddin Ener ilə həyat yoldaşı Emel Ener arasında mübahisə düşüb. Mübahisə böyüdükdən sonra Emel Ener mətbəxdən götürdüyü bıçaqla ərini kürəyindən bıçaqlayıb. Barış Səlahəddin Ener həyatını itirərkən, Emel Ener gələn polis qrupları tərəfindən nəzarətə alınıb.
İlk ifadəsində ərinin ona hücum etdiyi üçün bıçaqladığını deyən Emel Ener həbs edilib.
Emel Enerin əvvəllər İstanbulda bir hava yolu şirkətində kabin nəzarətçisi işlədiyi, Barış Səlahəddin Enerlə tanış olub evləndiyi, 6 ay əvvəl Dənizli vilayətinə məskunlaşdığı və boşanma prosesində olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmanı davam etdirən polis ailə yaxınlarının ifadələrinə müraciət edib. Polis bu ifadələrə əsasən Barış Səlahəddin Enerin keçmiş həyat yoldaşı ilə daimi əlaqədə olduğunu və Emel Enerin də bu vəziyyətdən narahat olduğunu müəyyən edib. Hadisə baş verən gecə spirtli içki də qəbul edən cütlüyün qısqanclıq zəminində mübahisə etdiyi və qətlin bu səbəbdən törədildiyi bildirilib.
Medianews.az